Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi: Parlament əhalini sevindirə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 23:23 | Şərh sayı: (0) | Baxılıb: 287
Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi: Parlament əhalini sevindirə bilər
Yanvarın 19-da Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu musavat.com-a açıqlamasında iclasın gündəliyinə 5 məsələnin daxil edildiyini bildirib.
Buraya “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi barədə məsələlər daxildir.
Aldığımız məlumata görə, Milli Məclisdəki müzakirələrdə 10 min manatadək sığortalanan əmanətçilərə qoyulan limitin aradan qaldırılacağı gözlənilir. Bu, əhalinin banklara inamının artırılması və banklardan valyuta axınının qarşısını almaq üçün düşünülüb.
Eyni zamanda dollarla götürülmüş kreditlərin 21 dekabr 2015-ci ilədək olan məzənnə - 1.05 AZN-lə ödənilməsi barədə təşəbbüslərin qaldırılacağı və müvafiq qərarın veriləcəyi barədə də məlumatlar var.
Xatırladaq ki, deputat Vahid Əhmədov bununla bağlı Mərkəzi Bank rəhbərliyi ilə görüşülüb, müzakirə aparıldığını, anlaşma əldə olunduğunu deyib.
Qeyd edək ki, prezident İlham Əliyev yanvarın 18-də nazirlərin iştirakı ilə keçirdiyi toplantıda da parlamentdə müzakirə edilməli olan əsas məsələlərdən bəhs edib. Ölkədə struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən prezident bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə də toxunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər