“Yaxın günlərdə çox böyük dəyişikliklər olacaq” – Vahid Əhmədov |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 14:13 | Şərh sayı: (0) | Baxılıb: 259
“Yaxın günlərdə çox böyük dəyişikliklər olacaq” – Vahid Əhmədov
“Hökumət tərəfindən ərzaq sektoruna ciddi nəzarət var”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda İqtisadiyyat və Sənaye Nazirliyi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bununla bağlı çox ciddi yoxlamalara başlayıb: “Yoxlamalar bütün respublika ərazisinə aiddir. Kim ki süni bahalaşmaya şərait yaradacaq o, cinayət məsuliyyətinə cəlb olunacaq. Prezidentin göstərişi var. Un və çörəyin qiyməti düşdü, əlavə dəyər vergisi də götürülüb. Buna görə də, bu günə kimi 300 qramlıq çörək 40 qəpik idisə, indi 700 qramlıq bu qiymətə satılır. Hesab edirəm ki, prezidentin kollegiya iclasında qarşıya qoyduğu bütün məsələlər yaxın vaxtda həllini tapacaq”.
V.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti ilə Mərkəzi Bank müəyyən tədbirlər planı işləyib: “Hazırda bunun üstündə ciddi işlər gedir. Prezident artıq nə lazımdırsa tapşırıq verib, Azərbaycan hökuməti də bunları yerinə yetirir. Mənim hökumətlə və Mərkəzi Bankla hər gün əlaqələrim olur. Çox böyük təkliflər var. Yəqin ki, yaxın günlərdə əlavə qərarların verilməsinin şahidi olacaqsınız”.
Deputat ərzaq qiymətlərində yaranan süni bahalaşmaya da münasibət bildirib: “Ərzaq istehsalında xaricdən gətirilən məhsullardan istifadə olunur. Amma ərzaq da var ki, Azərbaycanda istehsal olunur və onun da daxilinə xaricdən alınan məhsullar qatılır. Təbii ki, bu ərzaqlarda da qiymət artımı olmalıdır. Azərbaycanda istehsal olunan ərzaqların qiymətində isə artım ola bilməz. Azərbaycan əhalisi üçün üç əsas amil var-un, çörək və dərman preparatları, vəssalam. Hazırda hökumətin bütün səyi bu üç amilə yönəlib. Digər ərzaq məhsullarında süni qiymət artımı varsa, onun qarşısı alınacaq”.
V.Əhmədovun fikrincə, bu məsələlərin Milli Məclisdə müzakirəsinə ehtiyac yoxdur: “Biz Milli Məclisdə yalnız bir qanunun müzakirəsini gözləyirik- 30 min manata kimi olan əmanətlərin sığortalanması. İstəyirik ki, 30 min manat məbləğ götürülsün və istənilən limitsiz əmanətlər sığortalansın. Kim banka nə qədər əmanət qoyarsa, onun hamısı sığortalansın. Bu, həm bank, həm də əhali üçün ciddi məsələdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər