RSS
 

Login:
Şifrə:
» » Çin kasıbçılığın daşını necə atıb?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Çin kasıbçılığın daşını necə atıb?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-01-2016, 14:56 | Şərh sayı: (0) | Baxılıb: 287

Çin kasıbçılığın daşını necə atıb?


Çin kasıbçılığın daşını necə atıb?Dünyanın ikinci ən iri iqtisadiyyatına malik Çində illik 10% artım son 30 ildə normaya çevrilib. Bir vaxtlar aclıq və səfalət içində boğulan Çin özünün ildırımsürətli inkişafı sayəsində qlobal iqtisadi düzənin nəhənglərindən biri sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada satılan məhsulların əksəriyyəti Çində istehsal edilməsin. Hazırda neft qiymətlərinin ucuzlaşması və bir sıra ölkələrdə müşahidə olunan böhran da məhz bu tempin yavaşıması ilə izah olunur. Amma bu bloq Çin iqtisadiyyatının hazırda üzləşdiyi yavaşımadan yox, Çin iqtisadi möcüzəsinin əsasları, onun başlanğıc nöqtəsi haqdadır. Totalitar kommunist rejim ifrat yoxsulluğun daşını necə atdı? Proses necə başladı?

“1978-ci ildə Şiaoqanq adlı kiçik kənddə fermerlər palçıqdan yapılmış daxmada bir araya gələrək gizli müqavilə imzaladılar. Onlar düşünürdülər ki, buna görə edam edilə bilərlər. Əvəzində, bu addım Çin iqtisadiyyatını fundamental şəkildə dəyişdi,” ABŞ Milli İctimai Radiosunun (NPR) jurnalisti David Kestenbaum yazır. “Müqavilənin bu dərəcədə riskli olmasına səbəb o idi ki, Çin həmin vaxt kommunizmin ən yüksək dövrünü yaşayırdı. Hamı kolxozda işləyirdi – şəxsi mülkiyyət yox idi.”

“Heç kimin heç nəyi yox idi,” deyə Şiaqonqda kolxozçulardan biri olan Yen Cinqçanq həmin vaxt hətta saman çöpünün də kolxoza məxsus olduğunu xatırlayır. Kommunist partiyası rəsmiləri ilə iclas zamanı bir fermer “Bəs ağzımdakı dişlər necə, onlara sahibəmmi?” soruşanda, yerli kommunist bossun cavabı “Xeyr, onlar da kollektivə məxsusdur!” olmuşdu.

Çinin ilk kommunist rəhbəri Mao Zedunqun yürütdüyü iqtisadi siyasət ölkədə kütləvi aclığa və milyonlarla adamın məhvinə səbəb oldu.

Kimin nə qədər işləməsindən asılı olmayaraq hamıya eyni tale nəsib idi. Məhsul ildən-ilə azalır, səfalət girdabı dərinləşirdi. Kəndin özündə ərzaq daim qıt idi. Fermerlər çox vaxt dilənmək üçün başqa kəndlərə üz tuturdular, halbuki o birilərin də durumu elə təqribən eyni idi. Uşaqlar ac idi, böyüklərsə aciz. Bıçaq sümüyə dirənmişdi. Nəsə etmək lazım idi.

Pıçıltılı müzakirələrdən sonra verilən qərar bu oldu ki, kollektiv təsərrüfat üsulundan imtina edilsin. Hər bir kəndli fermanın müəyyən kəsimini əkib-becərməyi öz üzərinə götürməyə razı oldu. Kolxozun öhdəliyindən əlavə qalan məhsul kəndlinin özünə düşəcəkdi.

Əslində, ideyada yeni heç nə yox idi. Amma o zaman Çin kimi yerdə bu fikri dilə gətirmək son dərəcə təhlükəli idi. “Həmin vaxt heç kəsdə elektrik işığı yox idi, Amma bilirdik ki, bu ideya elektrik cərəyanı kimi bir şeydir. Ona toxunanı öldürə bilər,” müqavilənin əsas müəllifi Yen Honqçanq xatırlayır. Müqaviləni imzalayan kəndlilər qərar verdilər ki, işin üstü açıldığı təqdirdə onlardan hansı birisə həbs, yaxud edam olunsa yerdə qalan fermerlər onun ailəsinə baxmağa yardım etsinlər.

Növbəti gün kolxozçular fermaya gələndə, qarşıda yeni bir mənzərə canlanmışdı. Görüntü eyni görüntü idi. Amma həvəs bam-başqa. “Müqavilədən öncə kəndlilər üzüntü ilə iş gününün açılışını elan edən fitin çalınmasını gözləyər, özlərini zorla fermaya sürüyərdilər. Ancaq müqavilədən sonra kəndlilər əkin sahəsinə dan yeri ağarmazdan öncə gəlməyə başladılar,” Kestenabum yazır. “Hamı rəqabət aparırdı. Hamı gizlində başqasından daha çox məhsul becərməyə can atırdı,” - Cinqçanq xatırlayır.

Mövsümün sonu ortaya inanılmaz nəticə qoydu. Fermerlərin bircə mövsüm ərzində becərdikləri məhsulun həcmi ötən beş ildə becərilmiş məhsuldan daha çox idi. Rəqəmlər ifrat dərəcədə aşağı göstəricilərə öyrəşmiş yerli kommunist rəsmiləri şoka salmışdı. Artıq günahkar axtarışı başlanmaq üzrə idi. Amma xoşbəxtlikdən fermerlərin tərəfində iqtisadiyyatı kökündən dəyişməyi düşünən qüdrətli bir şəxsiyyət var idi. Müasir Çin iqtisadiyyatının əsasını qoyacaq Den Şiaopinq hakimiyyətə yenicə gəlmişdi. Şiaoqanq fermerlərini cəzalandırmaq əvəzinə Çin dövlətinin yeni rəhbəri onları cəmiyyət üçün nümunəyə çevirməyə qərar verdi.

İqtisadi islahatlar sayəsində müasir çinlilər daha yaxşı yeyir, daha yaxşı yaşayırlar.
“Əgər pişik siçanı tutursa, onun ağ, yaxud qara olmasının fərqi yoxdur,” - deyə müasir Çinin atası iqtisadi fəlsəfəsini izah edərdi. Sələflərindən fərqli olaraq yeni lider anlayırdı ki, insan təbiətini inkar edən, onu boğan doqma ilə cəmiyyətin rifahına xidmət etmək olmaz. Zatən, kommunizmin Çini haraya gətirib çıxardığını görmək xüsusi istedad tələb etmirdi. Dünyada ən çox əhalisi olan ölkə dünyanın ən yoxsul, ən geridəqalmış ölkələrindən biri idi.

“Kənd təssərüfatında aparılan dekollektivizasiya Çin xalqına bir iqtisadi azadlıq ruhu gətirdi”, - "Kommunizmin qurbanları" adlı vebsayt yazır. “Bazar qiymətləri yuxarıdan aşağı hesablanmış, inzibati-amirlik sistemin üzərində təşəkkül tapmış səmərəsiz bazarları təbii təlabata əsaslanan yeni bazarlarla əvəzlədi. Dövlətə məxsus müəssisələrin əksəriyyəti özəlləşdirildi, və sahibkar ruhlu fərdlərə bizneslər açmağa icazə verildi. Hərçənd ki, dövlətə məxsus müəssisələri özəlləşdirməklə bir çox dövlət və partiya rəsmiləri öz oliqarx statuslarını qoruyub saxladılar, həyata keçirilən islahat sayəsində 500 milyon çinli kasıblığın daşını ata bildi. İstehlakçı təlabatına cavab verən sərbəst bazarın şərtləri altında işləyən post-1978-ci il iqtisadiyyatı 50-ci, 60-cı illərin yoxsuzluğu ilə kəskin təzad təşkil edirdi.”

Azad bazarın sahmansızlığı müəyyənliyi sevən insanlarda bəzən ruh düşklünlüyü yaradır. Gündəlik rituallara öyrəşmiş adamlar daim innovatorluq, təşəbbüs, yenilik, yüksək enerji tələb edən iqtisadi mexanizmdən psixoloji olaraq yorulur, əsəb keçirirlər. Diktə altında yaşamağın vəd etdiyi sabitlik ilğımı rəqabətcil təssərüfatçılığın risklərindən daha cazibədar görünür. Amma dövlət nəzarətindən və yarıtmaz iqtisadi düzəndən cana doymuş bir qrup fermerin 1978-ci ildə nümayiş etdirdiyi kimi, bəzən riskin ən təhlükəlisi riskə getməməkdir. Uinston Çörçillin təbirincə desək, onlar üçün seçim azadlığın fərqli miqdarlarda bəxş etdiyi nemətlərlə etatizmin bərabər şəkildə payladığı zəlalət arasında idi ("Amerikanın səsi").



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor