Neftə görə fövqəladə vəziyyət elan olunub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:55 | Şərh sayı: (0) | Baxılıb: 234
Neftə görə fövqəladə vəziyyət elan olunub
Venesuela hakimiyyəti ölkədə böhranın qarşısını almaq üçün iki aylıq fövqəladə iqtisadi vəziyyət elan edib.
Bu müddət ərzində vergilərin artırılması, hökumətin biznes və istehsal sahəsində sərt nəzarəti gözlənilir.
Ötən ilin dekabrında Venesuela prezidentinin rəhbərlik etdiyi partiya parlament seçkilərini müxalifətə uduzub.
Fövqəladə iqtisadi vəziyyətlə bağlı əmr prezident Nicolas Maduro-nun parlamentdə gözlənilən çıxışından bir neçə saat əvvəl dərc olunub. Prezident parlament qarşısında görülmüş işlərlə bağlı hesabat verəcək.
Venesuela dünyada böyük neft ehtiyatlarına sahib ölkələrdən biridir. Neftin dünya bazarında qiymətinin düşməsi ölkənin gəlirlərini azaldıb. Neftin idxalı Venesuelanın valyuta gəlirlərinin 95 faizini təmin edirdi ("Azadlıq" radiosu).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər