Özbəkistan dondurulmuş vəsaitlərin qaytarılmasını istəyib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 253
Özbəkistan dondurulmuş vəsaitlərin qaytarılmasını istəyib
Özbəkistan hökuməti Avropa banklarında dondurulmuş vəsaitlərin qaytarılması xahişi ilə ABŞ-a müraciət edib, İsveçrənin L'Hebdo nəşri məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu pullar respublika prezidenti İslam Kərimovun qızı Gülnarənin çevrəsinə aid idi.
Daşkənd Nyu-York məhkəməsinə bildirib ki, ABŞ hakimiyyətinin sorğusu üzrə hesablarda dondurulmuş bir neçə milyon dollar Özbəkistana məxsusdur. Müvafiq məktub Özbəkistanın ədliyyə naziri Müzraf İkramov tərəfindən imzalanıb.
Müraciətdə Gülnarə Kərimovanın adı çəkilmir, amma onun yaxınları Qayane Avakyan və Rüstəm Madumarovun və digər şəxslərin adı çəkilir, “Radio Ozodlik” (yerli “Azadlıq radiosu” xidməti) məlumat yayıb.
2014-cü ilin fevral ayında Özbəkistanın Baş prokurorluğu Gülnarə Kərimovanın çevrəsindən olan 10 nəfərə qarşı cinayət işi qaldırıb. Həmin aydan bir qədər əvvəl respublikanın hüquq-mühafizə orqanları onun çevrəsindən olan bir neçə nəfərin – Madumarovun və Avakyanın saxlanılmasına dair məlumat yaymışdı.
Gülnarə Kərimova Özbəkistan prezidentinin böyük qızıdır. Amma 2013-cü ilin payızında KİV-in məlumatına görə, o, çıxılmaz vəziyyətə düşüb. Onun çevrəsindən olan bir neçə nəfər, o cümlədən də mühafizə rəisi saxlanılıb, bəziləri isə ölkəni tərk ediblər.
Korrupsiya mənşəli olduğu ehtimal edilən vasitələrin Gülnarə Kərimovanın çevrəsinə aid olması haqqında məlumat 2012-ci ildə Beynəlxalq korrupsiyanın və mütəşəkkil cinayətkarlığın araşdırılması Mərkəzi ilə müştərək hazırlanmış və İsveçin ictimai kanalında efirə gedən müsahibədə meydana çıxıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər