Taleh Bağırovun cinayət işi ilə bağlı YENİ XƏBƏR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-11-2015, 19:37 | Şərh sayı: (0) | Baxılıb: 1574
Taleh Bağırovun cinayət işi ilə bağlı YENİ XƏBƏR
Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barədə başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub.
Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, 14 nəfər barədə cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir.
Məlumata görə, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də, həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.
Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər