Baytarlıq apteklərindən 500 kq-dan çox saxta dərman preparatları götürülüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 07:18 | Şərh sayı: (0) | Baxılıb: 320
Baytarlıq apteklərindən 500 kq-dan çox saxta dərman preparatları götürülüb

Həmçinin Yevlax rayonunda da reyd keçirilib. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kq-a yaxın vaxtı keçmiş, 8 adda 5 kq-a yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər