Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 14:07 | Şərh sayı: (0) | Baxılıb: 271
Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur
Ukrayna Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulur.Yanvarın 15-də Ukraynanın İliçevsk şəhərindən Xəzər və Qara dəniz vasitəsilə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə pilot reysi həyata keçirmək üçün konteyner qatarı yola düşəcək.
AZƏRTAC Ukraynanın İnfrastruktur Nazirliyinə istinadla xəbər verir ki, bu marşrut "İpək Yolu"nun yeni istiqamətidir və marşrut xətti üzrə iki dəfə - İliçevsk-Batumi və Ələt-Aktau marşrut xəttində bərədən istifadə olunacaq.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu layihəsinin imkanları potensial təchizatçılara 2015-ci il noyabrın 16-da Ukraynanın paytaxtı Kiyevdə keçirilən roud-şouda və dekabrın 3-də Odessada keçirilmiş "Avropa və Asiyanı birləşdirərkən: transkontinental marşrutlar sisteminin formalaşdırılmasına yeni baxış" beynəlxalq forumda təqdim edilib.
Bu yeni xətt Ukrayna mallarının Mərkəzi Asiya ölkələrinə çatdırılmasında alternativ yol olacaq. Pilot reysi həyata keçirəcək konteyner qatarı təxminən 20 vaqondan ibarət olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər