AZAL-da təcili toplantı: qiymətlər müzakirə olunur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 18:53 | Şərh sayı: (0) | Baxılıb: 254
AZAL-da təcili toplantı: qiymətlər müzakirə olunur
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq, dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər