Nardaran əməliyyatı: Rəis müavini danışdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 16:28 | Şərh sayı: (0) | Baxılıb: 610
Nardaran əməliyyatı: Rəis müavini danışdı
Saytlarda mənim adım yaralılar arasında qeyd olunub, amma bu, belə deyil, hazırda iş başındayam.
Ixlas.Az xəbər verir ki, bu sözləri axar.az-a Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinin rəis müavini Sadiq Heydərov Nardarandakı atışmada yaralanması haqda yayılan xəbərlərdən danışarkən deyib. O, hadisə yerində olduğunu təsdiqləyib:
"Nardaranda insident baş verən ərazidə olmuşam. Həmkarlarım barədə yayılan məlumatları DİN mətbuat xidmətindən ala bilərsiniz. Amma özüm heç bir xəsarət almamışam".
Qeyd edək ki, yayılan məlumatlarda Nardaranda keçirilən əməliyat zamanı baş verən silahlı insidentdə 2 polis əməkdaşının həlak olduğu və 10 yaralının olduğu bildirilir.
Yaralılar arasında S.Heydərovun da adı çəkilirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər