Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 15:16 | Şərh sayı: (0) | Baxılıb: 378
Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Xeberler.az bildirir ki, bir müddət öncə Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da, bu barədə məlumat verilməyib.
Bəxtiyar Məmmədov 2005 –ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb.
RYTN-in Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər