Rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaqlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 13:26 | Şərh sayı: (0) | Baxılıb: 232
Rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaqlar
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədənlər 1 000 manat məbləğində cərimə ediləcəklər.
Ixlas.Az report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin 365-ci maddəsində öz əksini tapıb.
Qeyd olunur ki, dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə fiziki şəxslər 300 (hazırda 25 AZN-dən 35 AZN-dək), vəzifəli şəxslər isə 1 000 (hazırda 70 AZN-dən 90 AZN-dək) məbləğində cərimə ediləcək.
Xatırladaq ki, əvvəlki İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslərin də cəzalandırılması nəzərdə tutulurdu. Lakin yeni hazırlanan qanunda hüquqi şəxslər maddədən çıxarılıb.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər