ABŞ polisi il ərzində minə yaxın ölkə vətəndaşını öldürüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:18 | Şərh sayı: (0) | Baxılıb: 232
ABŞ polisi il ərzində minə yaxın ölkə vətəndaşını öldürüb
Amerika polisi 2015-ci il ərzində minə yaxın dinc vətəndaşı ölümcül yaralayıb.
"Report" xəbər verir ki, bu barədə "Washington Post" nəşrinin araşdırmasında deyilir.
2015-ci il 24 dekabr tarixinə olan məlumata əsasən, ümumilikdə 965 dinc ABŞ vətəndaşı polis zorakılığının qurbanı olub. Onlardan 564 nəfəri polislə toqquşma zamanı tapança ilə silahlı olub, 281 nəfərdə başqa tipli silah olub, 90 nəfərdə isə silah olmayıb.
Nəşrin məlumatına görə, bir qayda olaraq, polis tərəfindən atəş açmaq üçün əsas səbəb irqi əlamət olaraq qalır. Nəşrin baza məlumatlarına görə, Birləşmiş Ştatların ümumi əhalisinin 6 faizini afroamerikalılar təşkil etməsinə baxmayaraq, 2015-ci ildə polis zorakılığının qurbanı olan vətəndaşların 40 faizini silahsız qaradərili amerikalılar təşkil edib. Əksər hallarda polisin atəş açdığı şəxs ağdərili olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər