Donuz əti nə üçün haramdır? |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 17-12-2015, 21:43 | Şərh sayı: (0) | Baxılıb: 2194
Donuz əti nə üçün haramdır?
Sual 14: Donuz əti nə üçün haramdır?
Cavab: «Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə buyurulur: «Qan içən insanların qəlbi o qədər daşlaşır ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə çəkinmirlər»(«Nəhcül-bəlağə». ).
Donuz ətindən ən çox istifadə edən avropalılar arasında donuz, qeyrətsizlik simvoludur. Əgər heyvanat aləminin cinsi həyatını diqqətlə izləyə bilsək, donuzun cinsi həyatında heç bir hədd-hüduda təsadüf etmərik. Donuz ətindən istifadə edən insanlar, adətən, ailədə namus məsələlərinə biganə olur.
Donuz ətini Həzrəti Musa (ə) da haram bildirmişdir. İncildə günahkarlar donuza oxşadılır və məhz bu heyvan, şeytanın təcəssümü hesab edilir.
Bu heyvan çox vaxt öz ifrazatı ilə qidalandığından, insan sağlamlığı üçün çox qorxulu olan iki növ parazit daşıyıcısıdır. Bir ayda on beş min yumurta qoyan bu qurdlar insan orqanizminə düşdükdə, qan çatışmamazlığı, dizenteriya, revmatizm və bir çox digər xəstəliklərə səbəb olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta qoya bilir. Bir çox ölkələrdə, o cümlədən Rusiyada uyğun xəstəliklər səbəbindən qısa müddətli də olsa, dəfələrlə donuz ətinin istifadəsi qadağan edilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər