Yeni "köhnə" təhlükə: ehtiyatlı olun! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:10 | Şərh sayı: (0) | Baxılıb: 282
Yeni "köhnə" təhlükə: ehtiyatlı olun!
Müxtəlif ölkələrdə təhlükəli "donuz qripi"nin aşkarlanması onun ölkəmizə keçmə ehtimalını bir qədər aktuallaşdırır. Qonşu İran və Gürcüstanda virusa yoluxanların olması isə ehtiyatlı davranmanı gündəmə gətirir. Əməkdaşımız "Qırmızı Körpü" sərhəd keçid məntəqəsində yoxlamaların nə yerdə olması ilə maraqlanıb.
Son 3 həftə ərzində İranda "donuz qripi" virusundan ölənlərin sayı 40-a çatıb. Kəpəz TV (Region TV) xəbər verir ki, virus Azərbaycan sərhədlərinə də yaxınlaşır. Belə ki, artıq Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində 5 nəfər xəstəxanaya yerləşdirilib. Gürcüstanın paytaxtı Tbilisidə isə 7 nəfər "donuz qripi"nə yoluxub. Ancaq "Sınıq körpü" sərhəd keçid məntəqəsində insanlar hələ ki, bu təhlükədən xəbərsizdirlər. Türkiyə və Gürcüstandan ölkəyə gələnlər buraxılış məntəqələrində ciddi yoxlanışların, dezinfeksiya işlərinin olmadığını bildirirlər.
Ali Sırtlı - sürücü: "Türkiyədən gəlirəm, Gəncəyə gedirəm. Sürücüyəm. Xəbərim yoxdur, heç kim yoxlama aparmayıb".
Gürcüstanın müxtəlif rayonlarında yaşayıb paytaxta gedən soydaşlarımız isə olduqları ərazidə təhlükəli vəziyyətin yaranmadığını deyirlər.
Virusa yoluxmamaq üçün qabaqlayıcı tədbirlər görmək mütləqdir. Qripə bənzər simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət olunmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər