İranla sərhəddə xüsusi rejim: hamı və hər şey yoxlanılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 23:27 | Şərh sayı: (0) | Baxılıb: 300
İranla sərhəddə xüsusi rejim: hamı və hər şey yoxlanılır
Astara gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində işləyir.
ANS PRESS-in məlumatına görə, İran İslam Respublikası və Türkiyədə H1N1 virusunun - "donuz qripi"nin yayılması ilə bağlı Azərbaycana gələ biləcək təhlükənin qarşısını almaq məqsədilə Astara gömrük keçid məntəqəsi 1 aydır ki, gücləndirilmiş iş rejimində işləyir.
Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur.
Xüsusi qurğular hərarəti ani olaraq qeydə alır. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlər həyata keçirilir.
Sanitar karantin xidmətinin baş müfəttişi Rafiq Tağıyev aparatın onların işini asanlaşdırdığını bildirir: "Tempratur 36,6-dan yuxarı olanda işıq yanır və siqnal verir. Şübhəli xəstə aşkar olunduqda dərhal onu təcrid edib izolyatora yerləşdiririk və lazımi istansiyalara xəbərdarlıq edirik. Müvafiq istansiyalardan da briqadalar gəlib həmin xəstəni xəstəxanaya aparırlar".
Hazırda Astara gömrük keçid məntəqəsində Türkiyə və İrandan gələn bütün nəqliyyat vasitələrinin yoxlanışı və dezinfeksiyası həyata keçirilir. Profilaktik tədbirlər aparıldıqdan sonra həmin nəqliyyat vasitələri Azərbaycan ərazisinə buraxılır.
Hələlik bu sərhəd gömrük-keçid məntəqəsində heç bir H1N1 virus daşıyıcısı qeydə alınmayıb.
Bir müddət əvvəl İranda yayılan bu xəstəlik 35 nəfərin ölümünə səbəb olub. Türkiyədə isə "donuz qripi" aşkar edilən şəxslərdən 13-ü dünyasını dəyişib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər