"Azərbaycanın dini tolerantlıq təcrübəsi Tehran və Ər-Riyada kömək edə bilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:09 | Şərh sayı: (0) | Baxılıb: 254
"Azərbaycanın dini tolerantlıq təcrübəsi Tehran və Ər-Riyada kömək edə bilər"
İran və Səudiyyə Ərəbistanı arasında münaqişənin bundan sonra da eskalasiyası neftin qiymətlərinin daha çox azalmasına gətirib çıxara bilər. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səməd Seyidov deyib.
Onun sözlərinə görə, güman etmək olar ki, qısamüddətli perspektivdə neftin qiymətləri arta bilər, çünki hər iki ölkə enerji resurslarının çox iri tədarükçüsüdür: "Lakin uzunmüddətli perspektivdə qiymətlərin ciddi çökməsi baş verə bilər. Bu, dinamikadan da görünür: başlanğıcda neftin qiymətləri bir az artdı, lakin sonra münaqişədən əvvəlki səviyyədən də aşağı düşdü".
S.Seyidov qeyd edib ki, digər tərəfdən, Tehran və Ər-Riyad münasibətlərində gərginliyin azalması regionda iqtisadi vəziyyətə müsbət təsir edə bilər: "Ola bilsin ki, elə əksinə fikir yürütmək lazımdır: qısamüddətli perspektivdə gərginliyin azalması qiymətlərin enməsinə gətirib çıxara bilər, lakin enerji resurslarına tələbatın gələcək artımının təməlini qoyacaq ki, bu da yeni boru kəmərlərinin tikintisi və iqtisadiyyatın inkişafı ilə müşayiət olunacaq".
Deputat əlavə edib ki, regionda vəziyyət onsuz da olduqca mürəkkəb idi, son hadisələr fonunda isə geosiyasi vəziyyət daha da çətinləşdi: "Regionda hazırda güc balansı dəyişir və bu, enerji daşıyıcılarının qiymətləri ətrafındakı iqtisadi vəziyyətlə sıx bağlıdır. Sanksiyalardan azad olunmuş İran səhnəyə çıxır və onun böyük neft-qaz potensialı var. Səudiyyə Ərəbistanı isə bu bazarda ənənəvi olaraq ən güclü oyunçudur. Bununla yanaşı, Səudiyyə Ərəbistanının ABŞ-la və qalan Qərb dünyası ilə tarixi əlaqələrini nəzərə almaq lazımdır".
Onun sözlərinə əsasən, əgər İran və Səudiyyə Ərəbistanı aralarında yaranmış problemi həll etmək üçün Azərbaycanın multikulturalizm və dini tolerantlıq təcrübəsindən istifadə etsə, bu, bütün regiona müsbət təsir edəcək: "Bizim Səudiyyə Ərəbistanı və qonşumuz İranla çox yaxşı münasibətlərimiz var. Azərbaycan ərəb və fars dünyası ilə tarixən bağlıdır. Azərbaycan şiələrin və sünnilərin dinc yaşadıqları ölkədir. Biz onların cavab vermədiyi suallara cavab verən ölkəyik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər