Putin erməni məmuru işdən qovdu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 22:24 | Şərh sayı: (0) | Baxılıb: 313
Putin erməni məmuru işdən qovdu
Rusiya prezidenti Vladimir Putin Rusiya XİN-in kollegiya üzvlərini – ATƏT yanında daimi nümayəndə Aleksandr Lukaşeviçi və XİN-in hüquq departamentinin direktoru Kirill Gevorkyanı vəzifələrindən azad edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi internet-portalında yerləşdirilən informasiyada deyilir.
Bundan əlavə, Putin XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Aleksandr Pankini və silahların yayılmaması və onlara nəzarət departamentinin rəhbəri Mixail Ulyanovu yeni kollegiya üzvləri kimi təsdiq edib.
Yada salaq ki, az öncə Lukaşeviç Qarabağ məsələsində Türkiyə baş naziri Əhməd Davudoğlunun Azərbaycana dəstək ifadə edən açıqlamasını “təxribat” adlandırmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər