Bakıda köçkünləri işsiz qoyan miqrantlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 11:03 | Şərh sayı: (0) | Baxılıb: 268
Bakıda köçkünləri işsiz qoyan miqrantlar
Sumqayıtda məişət tullantıları poliqonunda 40 nəfər işçi işdən azad olunub.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, Qubadlı rayonundan məcburi köçkün düşmüş şəxslər 1994-cü ildən Sumqayıt şəhəri məişət tullantıları poliqununda çeşidləmə işləri ilə məşğul olublar. Aldıqları isə qəpik-quruş olub.
"Pulumuzu zibilikdən çıxarırıq. Yəni şüşə qablar və dəmirləri yığıb satırdıq. Ancaq ötən ay poliqona yeni rəhbər təyin olunandan sonra qara günlərimiz başlayıb".
Müsahiblərim işdən azad edilib. Bir daha poliqon ərazisinə buraxılmayıblar. Hətta bura daxil olmağa cəhd edənlər döyülüb.
Deyirlər ki, poliqona ucuz işçisi qüvvəsi olaraq miqrantları gətiriliblər. Onlar da qanunsuz fəaliyyət göstərir.
Müsahiblərim indi tək istəyi var. Əvvəlki iş yerlərinə qayıtmaq.
Şikayətçi Mənsurə Adıgözəlova deyir ki, hazırda Sumqayıt şəhəri məişət tullantıları poliqununa yeni rəhbər təyin olunub: "Yeni rəhbərlik bizi ötən ayın 8-də işdən azad edərək bir qurub özbək əsilli vətəndaşları işə qəbul edib".
"Bizə xəbərdarlıq etmədən işdən azad ediblər. Bu məsələ ilə bağlı bura rəhbərlik edən Rahib adlı şəxsə müraciət etdik. Amma Rahib müəllim ona ünvanlanan müraciətə baxmadan bizə şəhidləri tanımadığını dedi", - deyə şikayətçi Dilavər Cəfərov qeyd edib.
Ərazidə olarkən bir qrup şəxsin poliqon ərazisindən qaçdığını müşahidə etdik. Müsahiblərim poliqondan qaçan şəxslərin miqrantlar olduğunu dedi.
Həmin şəxslərdən biri ilə söhbət zamanı o, əslən Tacikistan vətəndaşı olduğunu bildirdi və burada aldadılaraq işlədildiyini dedi.
"Əslən Tacikistan vətəndaşıyam, amma özüm bura Özbəkistandan gəlmişəm. Heç bir sənədim yoxdur. Qısası məni aldadıblar. Mənə bildirmişdilər ki, burada tikinti işləri aparılacaq. Mən inşaatçıyam. Burada işləmək məcburiyyətindəyəm. Gündəlik olaraq bir qarın çörək yemək üçün poliqonda çeşidləmə işləri ilə məşğulam", - deyə miqrant Akbar Musayev bildirib.
Daha sonra əraziyə poliqon rəhbərliyi gələrək bizə təzyiq göstərməyə başladı.
Bizə müsahibə verməkdən boyun qaçıran Əhəd adlı şəxs bildirdi ki, o, poliqonu icarəyə götürüb. Sözügedən miqrantlar qanuni fəaliyyət göstərir. Burada vaxtilə işləmiş işçilərin rəsmi olaraq onlara müraciət etmədiklərini qeyd etdi. Bu isə tərəflər arasında yenidən mübahisəyə səbəb oldu.
Hər halda görünən dağa nə bələdçi deyiblər. Bizim gördüyümüz dağın üstündə isə bələdçisiz qaçan miqrantlar idi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər