Süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:11 | Şərh sayı: (0) | Baxılıb: 288
Süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanılıb
Dolların bahalaşması ilə müşahidə olunan süni qiymət artımı özünü çörəyin də qiymətində göstərdi və haqlı olaraq alıcıların narazılığı ilə qarşılandı. Kəpəz TV (Region TV) xəbər verir ki, mövcud vəziyyət nəzərə alınaraq, respublika ərazisində süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanılıb.
Yaşanan devalvasiya fonunda çörəyin qiymətinin artması gözlənilən idi. Çünki ölkənin taxıla olan tələbatının 70-80 faizinin daxili istehsal hesabına ödənməsinə baxmayaraq, respublikaya xaricdən də taxıl idxal edilir. Bu da qiymətə təsirsiz ötüşmür. Lakin bu hal istehsalçılara yaranan vəziyyətdən sui-istifadə etmək haqqı da vermir. Əgər qiymət artımı leqal olsaydı, bu hal çörək sexlərinin hamısında müşahidə edilərdi.
Altun Quliyev -satıcı: "Qiymət dəyişməyib. Un baha olsa da, çörək eyni çəkidə və eyni qiymətdə satılır".
Buna rəğmən qeydə alınan süni qiymət artımına qarşı aidiyyəti qurumlar tərəfindən yoxlamaların keçirilməsi ilə nəzarət edilir. Qərb bölgəsində də süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanılıb.
Təbriz Axundov - İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının qorunması Dövlət Xidmətinin Gəncə-Qazax Regional Bölməsinin müdiri: "Monitorinqlər keçirilib, süni qiymət artımının ediləməsinə yol verilməyəcək".
Qiymət artımının yaşanmaması üçün istehsalçılara xəbərdarlıq edilib. Hətta bəzi istehsalçılar çörəyin qiymətini aşağı da salıb. Hazırda Gəncədə zavod istehsalı və təndir çörəyi olmasından asılı olaraq qiymət 30-60 qəpik arasında dəyişir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər