Çin ABŞ dollarının satışına məhdudiyyət qoydu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:09 | Şərh sayı: (0) | Baxılıb: 222
Çin ABŞ dollarının satışına məhdudiyyət qoydu
Çin rəsmiləri yerli banklara ABŞ dollarının satışının məhdudlaşdırılmasına dair şifahi tapşırıq verib.
"Report" "Financial Times"-a istinadən xəbər verir ki, rəsmi Pekin bu qərarla ölkədən valyuta axınının qarşısını almaq istəyir.
Məlumata əsasən, Çin rəsmiləri xüsusi ilə Şanxay və Şençjen şəhərlərində valyuta tələbinin sürətlə artmasından narahatdır.
Yeni qaydalara əsasən, bank müştəriləri əvvəlcədən müraciət etmədiyi halda bir gün ərzində bankdan maksimum beş min ABŞ dolları ala biləcək, əvvəlcədən sifariş tələbnaməsi daxil olduğu halda isə bu məbləğ iki dəfə çox ola bilər.
Bir müştəri həftə ərzində banka ən çox üç dəfə sifariş tələbnaməsini təqdim edə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər