Kilsədə dəhşət: yüzlərlə uşağa təcavüz edilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:18 | Şərh sayı: (0) | Baxılıb: 319
Kilsədə dəhşət: yüzlərlə uşağa təcavüz edilib
Almaniyanın Regensburg şəhərindəki Domspatzen kilsəsində yüzlərlə uşaq təcavüzə məruz qalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 1953-1992-ci illərdə kilsədə baş verən uşaq təcavüzlərinin təxmin ediləndən daha çox olduğu aşkarlanıb.
Bu məsələni araşdıran Vəkil Ulriç Veber mətbuata açıqlamasında bildirib ki, həmin illərdə 231 uşaq kilsədə vəzifəli müəllim və keşişlər tərəfindən şiddətə və cinsi təcavüzə məruz qalıb.
Veber bildirib ki, bu illər arasında Domspatzen xorunda təhsil alan 2 min 100 uşağın ən az üçdə biri zorlanıb. Məsələyə münasibət bildirən kilsə 72 uşağın şiddətə məruz qaldığını və bu uşaqların hər birinə 2 min 500 avro təzminat ödəyəcəyini bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər