"Özünüzü heç vaxt təmizə çıxara bilmərsiniz” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 20:03 | Şərh sayı: (0) | Baxılıb: 270
"Özünüzü heç vaxt təmizə çıxara bilmərsiniz”
Məzhəb fitnəsi bir daha İslam dünyasını sarsıdır, müsəlmanları qarşı-qarşıya gətirir. Bunu bir üst ağıl idarə edir. Məsələ nədir? İslam dünyasında bir məzhəb savaşı olsun və İslam dünyası öz içində paramparça olsun. Suriyada, İraqda, Yəməndə, Livanda yaşananların arxasındakı ən önəmli səbəbin məzhəb fitnəsi olduğunu bilirik.
APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan Səudiyyə Ərəbistanında şiə din xadimi Mimr əl-Nimrin edamının bu ölkənin daxili işi olduğunu söyləyib: "Səudiyyə Ərəbistanındakı qərar daxili hüquq məsələsidir. Bu qərar daha öncədən verilib və Səudiyyə Ərəbistanı bu cür addım atıb. Bunu qəbul edib-etməmək ayrı məsələdir. Lakin Səudiyyə Ərəbistanının səfirliklərinin yaxılıb-yıxılması qəbuledilməzdir. Misirdə mindən çox insan haqqında edam qərarı verildi. Ey dünya, haradasan?! Niyə bunlar haqqında danışmırsınız? Mursi xalqın yüzdə 52-sinin səsi ilə iş başına gəlmiş bir prezidentdir. Danışan təkcə biz olduq. Suriyada 400 min insan öldürülür, buna səssiz qalanlar indi bir nəfərin edamı ilə əlaqədar dünyanı ayağa qaldırmağa çalışır. 400 min insan öldürülür, oraya hər cür kömək edirsiniz. Kimə? Qatil Əsədə. Özünüzü heç vaxt təmizə çıxara bilməzsiniz".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər