Amerikalı jurnalist Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinə etiraz etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 17:29 | Şərh sayı: (0) | Baxılıb: 241
Amerikalı jurnalist Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinə etiraz etdi
Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı hazırlanmış qərəzli qanun layihəsinə öz etirazını bildirib.
T.Qolts ABŞ-ın Kaliforniya ştatının Azərbaycan icmasının qanun layihəsinə etirazla bağlı hazırladığı elektron petisiyaya yazdığı şərhdə Montanadan olan iki senatoru və bir konqresmeni K.Smit və onun dar düşüncəli erməni tərəfdarları tərəfindən maliyyələşdirilən bu qanun layihəsini rədd etməyə çağırıb.
T.Qolts şərhində 1991-ci ilin yayından bəri Azərbaycanla dərin əlaqələrə malik olduğunu və ölkəmiz haqqında kitabı ("Azərbaycan Gündəliyi, M.E. Şarp 1998/99 ) ilə yanaşı bir sıra məqalələrin müəllifi olduğunu bildirib. O, həmçinin hazırda Azərbaycanın Ağdam rayonunun Ermənistanın işğalı altında olması üzündən 22 il ərzində ev oyunlarını Ağdamda keçirmək imkanından məhrum olan "Qarabağ" (Ağdam) futbol klubu haqqında bir saatlıq sənədli film çəkdiyini bildirib.
Qeyd edək ki, T. Qolts son 15 il ərzində Türkiyə və Qafqaz regionunda işləyib, bu müddət ərzində müxbir kimi Dağlıq Qarabağ münaqişəsini işıqlandırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər