Kaliforniyada Kristofer Smitin anti-Azərbaycan layihəsinə qarşı petisiya yaradılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 18:53 | Şərh sayı: (0) | Baxılıb: 216
Kaliforniyada Kristofer Smitin anti-Azərbaycan layihəsinə qarşı petisiya yaradılıb
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ABŞ Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst qanun layihəsinə etiraz kampaniyasına start veriblər.
Ixlas.Az Dailykarabakh-a istinadən bildirir ki, ermənipərəst konqresmen Kristofer Smit tərəfindən irəli sürülmüş qərəzli qanun layihəsinə etiraz edən müvafiq elektron petisiya yaradılıb. Petisiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan (Paul Ryan), qanun layihəsinin müzakirə olunacağı Xarici Əlaqələr, Hüquqi Məsələlər və Maliyyə Komitələrinin sədrlərinə ünvanlanıb.
Petisiyada sözügedən qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü vurğulanır və bu baxımdan tam qərəzli xarakter daşıdığı bildirilir. Qeyd olunur ki, Ermənistanın korrupsioner və insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini aparan erməni lobbisinin ən əsas məqsədi Azərbaycana və onun ABŞ ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır.
Petisiyada vurğulanır ki, Azərbaycana qarşı patoloji nifrət bəsləyən erməni lobbisi Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır.
Azərbaycan ilə ABŞ-ın indiyədək terroçuluğa ve ekstremizmə qarşı mübarizə, enerji təhlüksəziliyi və digər sahələrdə uğurla əməkaşlıq etdiklərini bildirən petisiyada, ABŞ üçün ən çətin vaxtlarda, xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a dəstək olduğu diqqətə çatdırılır.
Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub saxlaya bilmiş, müsəlman, xristian və yəhudilərin dinc və qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına çevrilib.
Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq, sözügedən qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın öz milli maraqlarına ziyan vuracaqdır.
Qeyd edək ki, ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit dekabrın 17-də qanunverici orqana "Azərbaycan demokratiya aktı 2015" adlı layihə təqdim edib.
Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycan dostlarını bu petisiyanı imzalamağa dəvət edirik. Petisiya ilə bu linkdə tanış olmaq olar:
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər