ABŞ-ın antiazərbaycan "sanksiya"sının müəllifi ermənipərəst çıxdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 303
ABŞ-ın antiazərbaycan "sanksiya"sının müəllifi ermənipərəst çıxdı
Dostunu göstər, deyim, sən kimsən!!!
Milli.Az-ın əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları Helsinki Komissiyasının Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə Konqresə qanun layihəsini təqdim edən konqresmen Kristofer Smit ermənipərəstdir.
Bunu konqresmen K.Smitin ABŞ Erməni Milli Komitəsinin (ANCA) sədri ilə görüşü və görüş barədə ANCA-nın radikal rəhbərlərindən biri olan Aram Hamparyanın yaydığı tvit də təsdiq edir.
Bu fakt bir daha göstərir ki, Kris Smit ANCA və ABŞ erməni lobbisi ilə məhrəm münasibətlərdədirlər. Tvitin alt yazısında Aram Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün ANCA konqresmen Smitlə görüşür.
Qeyd edək ki, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) rəsmi saytında Amerika Birləşmiş Ştatlarının Azərbaycana sanksiyalar tətbiq edəcəyi barədə məlumat yer alıb.
Bildirilir ki, ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib. Qeyd edilir ki, "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsini Konqresə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Kris Smit təqdim edib. Kris Smitin təqdim etdiyi sənədin girişində qeyd olunur ki, qanun layihəsi Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalif siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün uzun illər ərzində göstərdiyi sistemli cəhdlərdən sonra hazırlanıb.
Layihədə təklif edilir ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, hakimiyyətə yaxın biznesmenlərə, təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər