Qar Gürcüstan-Rusiya sərhədində problem yaratdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:40 | Şərh sayı: (0) | Baxılıb: 188
Qar Gürcüstan-Rusiya sərhədində problem yaratdı
Qonşu ölkənin bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır
Gürcüstandan Rusiya istiqamətində gedən yük avtomobili sürücüləri artıq neçə gündür ki, iki ölkə sərhədində qalıblar. Onlar qidasız və yanacaqsız Lars gömrük-buraxılış məntəqəsinin açılmasını gözləyirlər.
Milli.Az Report-a istinadən bildirir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, kanalın çəkiliş qrupu hava şəraitinin pis olması səbəbindən göstərilən yerə gedə bilməyib. Yerli hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq etməyiblər.
İlkin məlumatlara görə, 150-dən çox avtomobil -17 dərəcə şaxtada saatlarla yolların qardan təmizlənməsini gözləyiblər.
Gürcüstanın bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır və bu da ilk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətində çoxsaylı problemlər yaradıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər