TRASEKA eksperti Gürcüstandan Azərbaycana avtomobil ixracının artacağını istisna etmir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 09:12 | Şərh sayı: (0) | Baxılıb: 290
TRASEKA eksperti Gürcüstandan Azərbaycana avtomobil ixracının artacağını istisna etmir
2016-cı ilin mart ayından Gürcüstanda avtomobillərin qiyməti orta hesabla 30% artacaq, bundan başqa satılan avtomobillərin sayı, onların təkrar ixracı azalacaq. Trend xəbər verir ki, bu barədə Gürcüstan Online saytı məlumat yayıb.
"Rezonans" qəzetinin fikrincə, hökumətin sağsükanlı avtomobillərinin qeydiyyatına qoyulan qadağa bu nəticələrə gətirib çıxaracaq, həm də daha ucuz Yapon avtomobillərinin idxalı tam dayandırılacaq.
Ekspertlər iqtisadiyyatın bu sahəsinin inkişafına təkan kimi yalnız yeni avtomobillərin idxalının stimullaşmasını görürlər, çünki bu addım vəziyyəti nisbətən tarazlaşdıracaq və qiymətlərə mənfi təsir göstərməyəcək.
Məlum olduğu kimi, Azərbaycana 2005 ildən yuxarı olan avtomobillərin idxalına qadağa qoyulandan sonra avtomobillərin təkrar ixracı azalıb.
TRASEKA eksperti Gela Kvaşılava hesab edir ki, hal hazırda Gürcüstan parlamentinin yeni avtomobillərinin idxalını stimullaşdıracaq qərarının qəbul edilməsi vacibdi.
"Əgər avtomobillərin idxalı aşağı gömrük rüsumu ilə stimullaşdırılsa, sağsükanlı avtomobillərin kəsirini aradan qaldırmaq mümkün olacaq. Yeni avtomobillər daha əlçatan olmalıdır. Maşın bazarının yenilənəcəyi halda istisna olunmur ki, Azərbaycana avtomobil ixracı yenidən aktivləşəcək. Hər şey parlamentdən asılıdır", - deyə ekspert bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər