Fiziki şəxslərə gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlər qüvvəyə minib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 466
Fiziki şəxslərə gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlər qüvvəyə minib
Yanvarın 1-dən Azərbaycanda gəlir vergisi ilə bağlı güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi genişləndirilir.
Ixlas.Az APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
İndiyə qədər fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olub. 2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad ediləcək.
Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manatdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər