Dekabrda yerli ərzaq 11,52% bahalanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-01-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 289
Dekabrda yerli ərzaq 11,52% bahalanıb
2015-ci ilin dekabrında Bakıda Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti 11,52% bahalanıb.
Bu, ötən ilin əvvəlindən ən yüksək sıçrayışdır. Noyabrda 0,35% azalma, oktyabrda 0,45%, sentyabrda (-1,5%), avqustda (+ 2,5%) olub. Qalan aylarda vəziyyət belə olub: iyulda və iyunda (+0,10%), mayda (+3,6%), apreldə (+1,3%), martda (-1%), fevralda (+4,4%), yanvarda (-2%).
Dekabrda xiyar (+57,1%), pomidor (+48,6%), kartof (+ 38,8%), soğan (+36,7%), alma (+20%), şəkər tozu (+36%), 1-ci növ un (+28,5%), yumurta (+27,7%), kərə yağı (+29,6%), qarğıdalı yağı (+19,3%), düyü (+18,3%), marqarin (+16,3%), süd (+14,9%), qatıq (+7,8%), mal əti (+6,6%), qoyun əti (+5,2%).
Qiymətlər dekabrın 21-dəki devalvasiyadan sonra kəskin bahalanıb. Amma bahalanma həm də Yeni illə bağlıdır. Məsələn, uzun müddətli durğunluqdan sonra 2014-cü ilin dekabrında qiymətlər 10,3% bahalanmışdı.
Qiymət artımı ərzaq bazarının (istər qida məhsulları, istərsə də komponentlər) idxaldan yüksək asılılığını göstərir.
Qiymətlərin neft ucuzlaşacağı təqdirdə baş verəcək devalvasiyanın növbəti mərhələsinə kimi sabit qalacağı gözlənilir. Bu isə ilin birinci ongünlüyündə baş verə bilər.contact
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər