Bakıda məmurların "şlaqbaum oyunu" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-11-2015, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 315
Bakıda məmurların "şlaqbaum oyunu"
Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb.
Trend-in əməkdaşının Bakının bəzi yerlərində apardığı müşahidələr zamanı bu məsələ ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Şlaqbaumlara daha çox məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir.
Məsələn, Bakıda "milyonerlər məhəlləsi" kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) və ona yaxın İbrahimpaşa Dadaşov küçələrində şlaqbaumlar quraşdırılıb. Burada yaşayan bəzi sakinlərin şlaqbaumları açmaq üçün pultu var. Pultu olmayanlar isə avtomobillə həyətə daxil olmaq üçün kimdənsə xahiş etməlidirlər. Sözügedən küçələrdə şlaqbaumların qoyulması bir yana, həmçinin "giriş qadağandır" yazılan plakatlar mövcuddur.
Bu isə təbii ki, ərazidən keçən və ya qonaq gələn insanların haqlı narazılığına səbəb olur. Onlar avtomobillərini saxlamaq üçün ya yer tapmır, ya da maşınlarını kənar yerlərdə saxlamağa məcbur olurlar. Halbuki, şlaqbaumların quraşdırıldığı binanın həyətində avtomobillərin yerləşməsi üçün xeyli boş yer var.
Bundan başqa, stadion və idman qurğuları ətrafında, həmçinin Qaradağ rayonu ərazisindəki Sahil qəsəbəsində dənizə yaxın villaların qarşısında da şlaqbaumlar var.
Maraqlıdır, məmurların və ya imkanlı şəxslərin bu addımı atmaqda məqsədləri nədir? Bununla özlərini cəmiyyətdən təcrid etmək, yoxsa insanları siniflərə ayırmaq istəyirlər? Bu sualların cavablarını, yəqin ki, həmin şlaqbaumları evlərinin yerləşdiyi binaların qarşısında quraşdıran insanlar daha yaxşı bilər. Narahatlıq doğuran məqam odur ki, bu hal adət halını ala bilər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, binaların qarşısına şlauqbaumlar qoyulması qanunla tənzimlənir: "Qanunla da sədlərin, şlauqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub".
Şlaqbaumların yerləşdiyi Məmməd Araz və İbrahimpaşa Dadaşov küçələrindən fotoları təqdim edirik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər