WSJ: ABŞ Suriyada hərbi çevrilişə cəhd edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 22:30 | Şərh sayı: (0) | Baxılıb: 237
WSJ: ABŞ Suriyada hərbi çevrilişə cəhd edib
ABŞ bir neçə il ərzində Suriyada hərbi çevriliş həyata keçirməyə cəhd edib.
Ixlas.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Məlumata əsasən, Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmaq məqsədilə Barak Obama administrasiyası bəzi Suriya hökumət nümayəndələri ilə məxfi məsləhətləşmələr də aparıb.
"ABŞ hərbi çevriliş həyata keçirmək üçün Əsəd rejiminin zəif nöqtələrini aşkar edib, onlardan hərbi çevriliş həyata keçirmək üçün istifadə etmək niyyətində olub. Lakin 2012-ci ildə Obama administrasiyasının rejimi daxildən sarsıtmaq strategiyası müvəffəqiyyətsizliyə uğrayıb. Bundan sonra ABŞ üsyançılara dəstək yolunu tutub, lakin bu da gözlənilən nəticələr verməyib", qəzet yazıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər