Dollar və avronun bahalaşması davam edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 250
Dollar və avronun bahalaşması davam edir
Bu gün dekabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 22-si ilə müqayisədə 0,08% və ya 0,0012 manat artaraq 1,5523 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,23% və ya 0,0039 manat artaraq 1,6978 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,92% və ya 0,0002 manat bahalaşaraq 0,0219 manat olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər