RSS
 

Login:
Şifrə:
» » Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 15:22 | Şərh sayı: (0) | Baxılıb: 1077

Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?


Dollar bahalaşdı, manat "buraxıldı" - NƏ ETMƏLİ?


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.



Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.
Mərkəzi Bankın açıqlamasında deyilir: "Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.



Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək".

İki devalvasiya

Bu ilin fevralın 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı.
Dekabrın 21-də, bu günsə ikinci devalvasiya oldu və dollara nisbətən manat təqribən
Bu ilin 55 faiz təşkil etdi.
Bir ildə iki devalvasiya nədən xəbər verir? Milli valyutanın mövqelərinin zəif olmasından, ölkə iqtisadiyyatının zəifliyindən, yoxsa əksinə, Mərkəzi Bankın ölkə iqtisadiyyatının üzləşdiyi riskləri minimuma endirmək və "neft erası"nın başa çatmasından sonra manatı postsovet ölkələrinin valyutalarının yuvarlandığı girdabdan xilas etmək istəyindən?
Sosial şəbəkələr "Dollar bahalaşdı, indi nə edəcəyik?", "Bahalaşma başlandı, hər şeyin qiyməti artacaq!", "Vəssalam, ağır günlər başlandı!" tipli apokaliptik, emosional açıqlamalar, şərhlərlə doludur.



Vəziyyət doğrudanmı fəlakət həddindədir, situasiya bu qədər ağırdır?
Baş verənləri iki cür şərh etmək, anlamağa çalışmaq olar.
Birinci üsul "vaveyla, fəlakətdir, sondur, hər şey bitdi" tipli ifrat emosiyalara qapılmaq, bədbinlik, təşvişdir ki, məncə, buna səbəb yoxdur.
İkinci üsul isə yaşananları soyuqqanlı şəkildə - çətin olsa da - təhlil etməkdir.
Düşünürəm ki, ikinci yol daha məqbul və məntiqidir, hətta praqmatikdir.
Bəli, doğrudur, manatın ABŞ dolları və avroya olan kursundakı dəyişikliklər, milli valyutamızın ucuzlaşması ölkədəki qiymətlərə şəksiz təsir edəcək.
Bahalaşma olacaq, ərzaq və gündəlik tələbat mallarından tutmuş, daşınmaz əmlak və farmasevtik preparatlaradək hər şeyin qiyməti qalxacaq.
Maaşların artımı da istisna deyil. Amma...

Manatın əsl kursudur

Azərbaycan manatı bu ilin fevralına qədər süni kurs dönəmində idi. Bunu artıq etiraf etmək gərəkdir. Dünya bazarlarında xam neft və təbii qazın qiymətlərinin yüksək olması manatı dollardan baha, əksər hallarda avrodan yüksək səviyyədə saxlayırdı.
Manatın kursunun süni şəkildə stabil saxlanması üçün Mərkəzi Bank hər ay daxili bazara külli miqdarda valyuta çıxarırdı. Ötən ilin sonlarında dünya bazarlarında neft və qazın qiymətlərinin ucuzlaşmasıdan sonra manatın kursunun yenə də "stabil" qorunması, hifz edilməsi üçün Mərkəzi Bankın daxili bazara yönəltdiyi "valyuta dopinqi"nin həcmi ayda 1 milyard dollara çatmışdı.
Və o pullar iqtisadiyyatın inkişafına, qeyri-neft sektorunun gücləndirilməsinə, hətta istənilən ölkənin büdcəsində gəlirsiz sektorlar sayılan sosial təminat, səhiyyə və təhsilə yox, manatın şax duruşuna xərclənirdi.



1 milyard dollar bivalyuta zənbilinin formalaşması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi və milli valyutanın zəifləməsinin qarşısını almaqla yanaşı, ajiotajın önlənməsinə yönəlsə də, bu, həddən artıq zərərli idi.
Azərbaycan bunu etməliydi və siyasət yanlış deyildi, çünki manatın qəflətən zəifləməsi, dünya iqtisadiyyatında yaşanan şokların milli miqyasda olduğu kimi inikas etməsi son illərdə əldə olunmuş bütün irəliləyişlərin üstündən xətt çəkə bilərdi.
Mərkəzi Bank gözləyirdi, səbrlə və soyuqqanlı şəkildə, bütün tənqidlərə və narazılıqlara rəğmən "valyuta dəhlizi" siyasətini davam etdirirdi.
Bu ilin əvvəlində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlılıq və səbatlılıq səviyyəsinin yetərli olması barədə dəqiq məlumatlar alınandan sonra Mərkəzi Bank hərəkətə keçdi.
Fevralın 21-də qəbul edilmiş devalvasiya qərarı bununla bağlı idi və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "The Financial Times"a o zaman, yəni devalvasiya qərarından əvvəl verdiyi müsahibəsində çox yumşaq, üstüörtülü şəkildə proseslərin anonsunu vermişdi.
İndi manat yenidən kursunu dəyişdi, fəqət bugünkü qərar çoxlarının qələmə verdiyi və ya təqdim etmək istədiyi kimi devalvasiya yox, üzən kursdur.

Nədir bu "üzən kurs"?

Milli valyutanın üzən kursu və ya "Floating rate of exchange" dünya maliyyə sistemində əsrlər əvvəl tətbiq olunmuş sistemdir. Belə rejimdə hər hansı ölkənin milli valyutasının kursu valyuta bazarındakı durumdan asılı olaraq dəyişir. Üzən mübadilə kursundan yararlanan valyuta da "üzən valyuta" adlandırılır.
İlk baxışdan paradoksal görünsə də, faktdır: 1967-ci ildən bəri dünya iqtisadiyyatının tələbləri və şərtlərini nəzərə alan inkişaf etmiş ölkələrin hamısı valyutalarını üzən kursa çeviriblər.
Səbəb çox sadədir: valyutanın stabil, fiksasiya olunmuş kursu ölkə iqtisadiyyatına ziyandır. Valyutanın üzən kursu müstəqil və avtomatik müəyyənləşdiyindən dövlətə qlobal iqtisadiyyatdakı dövri çaxnaşmalardan, böhranlardan qismən qurtulmağa imkan verir, habelə tədiyyə böhranının yaranmasının qarşısını alır.



Britaniya, habelə Cənub-Şərqi Asiya ölkələri 2008-ci ildəki qlobal maliyyə böhranınadək üzən valyuta rejimini qəbul etmir, fiksasiya olunmuş sistemə üstünlük verirdilər. Məsələn, rəsmi London funt-sterlinqin kursunu stabil saxlamaq üçün hər ay 120 milyard funt-sterlinqə yaxın pulu "pula pul dəstəyi"nə sərf edirdi.
2012-ci ildən bəri Britaniya üzən kursa keçib və ölkənin maliyyə sisteminə ağır yükə çevrilmiş "funta dəstək" proqramı dayandırılıb.
Sinqapur, Malayziya, Tayvan, İndoneziya, Vyetnam da son illərdə milli valyutanın fiksiyasiya olunmuş kursundan imtina ediblər.
Postsovet ölkələrinə gəldikdə isə, ilk əvvəl Rusiya, sonra Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Moldova da analoji addımlar atıblar.
Azərbaycanda indi "Mandella-Fleminq sistemi" adlananan valyutanın üzən kursu tətbiq olunub.
Həmin sistem isə olduqca bəsitdir: "Heç bir ölkə və iqtisadiyyat eyni vaxtda milli valyutasının kursunu stabi saxlamaq, kapitalın sərbəst hərəkətini təmin etmək və müstəqil pul-kredit siyasəti yetirmək iqtidarında deyil. Bu üç yoldan mütləq ikisi seçilməlidir".
Azərbaycan da ölkə iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirmək, müstəqil pul-kredit siyasəti yürütmək imkanlarını bilmərrə itirməmək üçün üzən kurs sisteminə keçdi.

Maaşlar artacaqmı?

Dolların bahalaşması və manatın ucuzlaşması şəraitində vətəndaşlarımızı, yəni oxucularımızı maraqlandıran başlıca sual "Maaşlar qalxacaqmı?" sualıdır.
Yəni maaş və əməkhaqlarının, habelə ödəniş və müavinətlərin indeksiyası məsələsidir.
Populist siyasət manatın alıcılıq qabiliyyətinin azalmasından sonra əhalinin maddi rifah səviyyəsini qorumaq üçün maaşların artırılmasını ehtiva edir.



Belə siyasət inkişaf etməkdə olan ölkələr arasında Argentinadan tutmuş, Toqo və Kiribatiyədək geniş yayılıb.
İnkişaf etmiş ölkələrsə, valyuta ucuzlaşan kimi maaşları artırmırlar.
Düz də edirlər.
Nədən ki, milli valyutanın dünyanın əsas valyutalarına (ehtiyat valyutaları nəzərdə tutulmur) nisbətdə ucuzlaşdığı zaman ölkənin daxili bazarında pul kütləsi avtomatik artır, insanlar ölkənin yerləşdiyi məkandan asılı olaraq dollar, funt və ya avro almağa başlayırlar.
Kütləvi şəkildə, ajiotajla.
Belə vəziyyətdə pul kütləsi həndəsi silsilə ilə artır, milli valyutanın dövriyyədəki həcmi sabun köpüyü kimi şişir və bahalaşma sürətlənir. Maaşların artırılması milli valyutanın ucuzlaşmasının yaratdığı inflyasiyanı daha da sürətləndirir, hiperinflasiyaya çevirir. Təcili və təxirəsalınmaz tədbirlərə əl atılmayanda iqtisadiyyatı əsasən idxal yüklü olan ölkələr hətta defolta yuvarlanır, maliyyə öhdəlikləri və kreditlər üzrə ödənişləri həyata keçirə bilmir.
Ona görə də Azərbaycanda maaşların əhəmiyyətli dərəcədə artırılması ilk baxışdan zəruri addım təsiri bağışlasa da, orta və uzaq perspektivdə hər birimizin əleyhinə işləyəcək qərara çevrilərdi. Maaşların artırılması pul kütləsini çoxaldır, pul kütləsi böyüyəndə təklif tələbatdan üstün hal alır, qiymətlər daha da artır, qiymətlər artanda valyutanın alıcılıq qabiliyyəti daha da aşağı düşür, bu da maaşların yeni artımını şərtləndirir - beləcə, qapalı dairə alınır.
Yaranan vəziyyət qədim əsatirlərdəki "Uroboros" ilanına bənzəyir. O ilan ki, ac qalmamaq üçün özünü yeməyə başlayır.



Üzən kurs qaçılmazdı?

Əfsuslar olsun ki, hə. Mərkəzi Bank manatın kursunun stabil, yəni fiksasiya olunmuş səviyyədə saxlanması üçün bundan sonra da hər ay orta hesabla 900 milyon-1 milyard dolları daxili bazara yönəldə bilməzdi.
Yönəltməməlidi də. O pulları kimsə bizə hədiyyə etmir, tükənməz mənbədən almırıq. Bəhs etdiyimiz vəsait Dövlət Neft Fondunun pullarıdır ki, maliyyənin belə sərf olunması israfçılıq sayıla bilər.
Manatın kursunun süni şəkildə sabit saxlanması üçün sərf edilən pulları iqtisadiyyatın inkişafına, əhalinin maraqlarının təminatına yönəlmiş layihələrin reallaşdırılmasına, proqramların həyata keçirilməsinə yönəltmək olar.
Manatı güclü saxlamaq üçün ehtiyatlarımızı sərf etmək siyasəti bundan sonra da davam etdirilsəydi, ölkənin valyuta ehtiyatları maksimum 11 aydan sonra tamamən tükənəcəkdi.
Və onda həmin ehtiyatları bərpa etmək üçün iki yol qalacaqdı: ya maaşlar indiki səviyyədə saxlanmaqla vergilər artırılmalı, qiymətlər bahalaşdırılmalı, sosial təminatdan tutmuş, təhsil və səhiyyəyədək bir çox sahələrə ayrılan büdcə vəsaitləri əhəmiyyətli dərəcədə azaldılmalı, ya da beynəlxalq təşkilatlardan kreditlər alınmalıydı.



Kreditlərin effektiv stavkaları da qlobal bazarlardakı vəziyyətə görə az deyil və belə şəraitdə Azərbaycan aldığı kreditlərin faizlərinin ödənişlər etməklə xarici borcunu ifrat səviyyəyə çatdırmaqla yanaşı, büdcə kəsirinin ümumdaxili məhsula (ÜDM) olan nisbətinin çox təhlükəli həddə yüksəlməsinə "nail" olacaqdı.
Manatın üzən kursu xilas yolu, panaseya deyil. Amma indiki şəraitdə bu seçim obyektivdir.
Başqa yolumuz yoxdur: ya ölkənin maliyyə müstəqilliyini və sonucda siyasi suverenliyini Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s. kimi təşkilatlara, habelə bizə "güzəştli kredit"lər vəd edən ölkələrə hədiyyə etməyərək inkişaf etməli, ya da "sabit manat" illüziyası ilə özümüzü aldadaraq büdcə vəsaitinin populistcəsinə sovrulmasını istəməliyik.
Azərbaycan daha real, effektiv yolu seçdi.
Çətin olsa da.

Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor