Metroda nəfəs almaq asanlaşacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 18:45 | Şərh sayı: (0) | Baxılıb: 196
Metroda nəfəs almaq asanlaşacaq
Metronun ventilyatorları müasir avadanlıqlarla əvəzlənir. Avadanlıqlar gücü, məhsuldarlığı, texniki qulluq parametrləri və daha kiçik, münasib həcmi ilə seçilir.
Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, metroda ventilyasiya qurğularının təkmilləşdirilməsilə sərnişinlər üçün daha rahat şəraitin yaradılması, eləcə də onların təhlükəsizliyinin etibarlılığının artırılması aktuallığını heç vaxt itirmir: "Yanğın, tüstülənmə hallarında, stansiyalarda və tunellərdə hava kütləsinin, temperatur rejiminin tənzimlənməsində, ətraf mühitin qorunmasında onların rolu böyükdür. Son illər tunel ventilyasiya sistemlərinin müasirləşməsi sahəsində yeniliklərin tətbiqi intensivləşdirilib. Xüsusən istismar müddəti başa çatmaqda olan ventilyatorların daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib".
Şöbə rəisi qeyd edib ki, bu ilin planına uyğun olaraq, "Gənclik" və "Nərimanov" stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub: "Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", həmçinin yeni xəttin istismara veriləcək "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da bu avadanlıqlar quraşdırılıb. Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir. Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır".
N.Paşayev əlavə edib ki, ötən günlərdə istismara verilmiş ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur. Bu tədbirlərlə yeraltı yollarımızda ventilyasiya sisteminin təkmilləşməsi sahəsində daha bir mühüm mərhələ geridə qalacaq.
Pünhan Mirzə
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər