"Günəşli"də yanğının söndürülməsi üçün gəmilərdə yeni avadanlıqlar quraşdırılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 518
"Günəşli"də yanğının söndürülməsi üçün gəmilərdə yeni avadanlıqlar quraşdırılıb
"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.
Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən "B-200ÇS" təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.
Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün "Boots&Coots" şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda "Boots&Coots"un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan "Boots&Coots"un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər