Az qaldı - işıqpuluna qənaət edəcəksiniz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 19:55 | Şərh sayı: (0) | Baxılıb: 286
Az qaldı - işıqpuluna qənaət edəcəksiniz
Noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq.
"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, bu il də yeni istilik mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşməsi, qazanxanaların qazla təmin edilməsi üçün yeni qaz xətlərinin çəkilməsi, məhəllədaxili magistral xətlərin yeniləri ilə əvəzlənməsi, sosial obyektlərin və yaşayış binalarının aşağı paylayıcı binadaxili istilik sistemlərinin bərpası ilə əlaqədar tədbirlər davam etdirilib:
"Təkcə investisiya proqramı çərçivəsində 163 müxtəlif layihələr həyata keçirilib. Bunlardan 12-si yeni müasir tipli istilik mənbəyinin yaradılması, 30-u qazanxanaların qazlaşdırılması, 125 yaşayış binasında məhəllədaxili aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması ilə bağlı olub. Bu 125 bina əvvəlki mövsümlərdə istilik almayan binalar olub və onlar uzun fasilədən sonra bu il istilik sisteminə qoşulacaq.
Bundan başqa payız-qış mövsümünə hazırlıqla əlaqədar ötən mövsüm işləmiş istilik məntəqələri və qazanxanalarda cari profilaktik tədbirlər, təmir işləri başa çatdırılıb. Bütün məhəllədaxili magistral istilik xətləri hidravlik təzyiqlə yoxlanılıb, onlardan 50 km hissəsi təmir olunub, nasoslar, elektrik mühərrikləri, nəzarət-ölçü cihazları təftiş olunub. Qazanxanalardakı aqreqatlar mexaniki-kimyəvi üsullarla təmizlənib, şəbəkələrdə istilik ötrük-izolyasiya qatları 7 min kv.m-ə yaxını, ümumiyyətlə, qışda problem yarada biləcək hissələr hamısı yenisi ilə əvəzlənib".
Xidmət rəisinin sözlərinə görə, "Azəristiliktəchizat" yaranan vaxt istilik təchizatı problemini həll etmək üçün Tədbirlər Planı hazırlanaraq hökumətə təqdim edilib və maliyyə təminatından asılı olaraq işlər mərhələli şəkildə icra olunur:
"Elə sahələr var idi ki, ilk növbədə, məsələn, məktəblər, uşaq bağçaları və xəstəxanalara istiliyin verilməsini bərpa etdik. İndi artıq Bakıda istilik olmayan heç bir məktəb, uşaq bağçasıı, xəstəxana yoxdur. Hədəfimiz budur ki, yaxın illərdə Bakı şəhərində olan bütün yaşayış binaları, sosial obyektlərin istiliklə təmin olunması üçün yeni qazanxanaların tikilməsi, məhəllədaxili magistral xətlərin çəkilməsi, aşağı paylayıcı istilik sistemlərinin bərpasına nail olaq. Bu istiqamətdə hər il ayrılan vəsaitlərə uyğun olaraq işlər həyata keçirilir. Məsələn, bu il, 2015-2016-ci ilin payız-qış mövsümündə 3500 yaşayış binasının, 285 məktəbin, 158 uşaq bağçasının, 156 səhiyyə müəssisəsinin, o cümlədən ASC-nin xidmət zonasında yerləşən 700-ə yaxın digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulur".
O, həmçinin əlavə edib, istilik enerjisi ilə əlaqədar tariflərə baxılması məsələsi müzakirə olunmur və hazırda istilik tarifi hər 1 kv.metr yaşayış sahəsi üçün aylıq 15 qəpikdir.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər