Konqresə təqdim olunan Azərbaycanda dini icmalarla bağlı layihə qərəzlidir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 17:47 | Şərh sayı: (0) | Baxılıb: 2464
Konqresə təqdim olunan Azərbaycanda dini icmalarla bağlı layihə qərəzlidir"
Azərbaycandakı dini icmaların vəziyyəti ilə bağlı layihə ABŞ Konqresində müzakirəyə təqdim ediləcək.
Trend xəbər verir ki, bunu bu gün "Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir" mövzusunda keçirilən elmi-praktik konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu layihə ilə bağlı rəhbərlik etdiyi qurumun məlumatı var: "Həmin layihəni diqqətlə araşdırmışıq. Layihə başdan-ayağa qərəzli tərtib olunub. Təbii ki, bunu tərtib edənlərin məqsədi yenə də Azərbaycana bu və ya digər formada təzyiq göstərməkdir. Hesab edirəm ki, bu alınmayacaq. Azarbaycan bu cür təzyiqlərə görə öz siyasətini dəyişən ölkələrdən deyil. Təbii ki, burada erməni lobbisinin əli də görünür. Layihədə çox böyük səhvlərə yol verilib. Xüsusilə dinlə bağlı sahəni geniş şəkildə təhlil etmişik. Qeyd olunur ki, guya Azərbaycanda avdventistlər, baptistlər, protestantlar, "Yehova şahidləri" və s. dini qrupların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılıb".
Komitə sədri bildirib ki, bütün bunlar başdan-ayağa cəfəngiyyatdır, həqiqətə uyğun deyil: "Azərbaycanda adını çəkdiyim həmin icmalar vaxtilə qeydiyyatdan keçiblər. Hətta bəzilərinə dövlətin dini icmalara ayırdığı vəsaitdən yardımlar ayrılıb. İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər