Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 01:32 | Şərh sayı: (0) | Baxılıb: 322
Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi
Rabitə və yüksək texnologiyalar naziri vəzfəsini icra edən Ramin Quluzadə bu gün qəfidən "Azərpoçt" MMC-yə gəlib.
Ixlas.Az virtualaz.org-a istinadən bildirir ki, bunu həmin qurumda işləyən əməkdaşlar məlumat veriblər.
Nazir əvəzi "Azərpoçt"a xəbərdarlıqsız gəlib və qurumun necə işlədiyini yoxlayıb.
Mənbənin məlumatına görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirlikdə, necə deyərlər, təmizləmə işi bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev noyabrın əvvəlində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Sonradan onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər