Paytaxtda hərəkəti asanlaşdıracaq təkliflər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 20:12 | Şərh sayı: (0) | Baxılıb: 267
Paytaxtda hərəkəti asanlaşdıracaq təkliflər
Paytaxtda sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə avtomobil sıxlığını və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb.
NİİM-dən Milli.Az-a verilən məlumata görə, təkliflər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.
İrəli sürülən təkliflərin dekabr ayında icra olunması nəzərdə tutulur.
Əvvəla, irəli sürülə təklifə əsasən, Həsən bəy Zərdabi ilə Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsindəki mövcud işıqfora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Mirəli Seyidov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün daimi yanan əlavə sağa dönmə bölməsi quraşdırıla bilər.
İkincisi, Həsən bəy Zərdabi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsindəki işıqfora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Əsəd Əhmədov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün əlavə sağa dönmə bölməsinin quraşdırılaraq işıqforun müvafiq fazasında istifadəsi təklif edilir.
Bundan əlavə, Moskva prospekti, Fövqəladə Hallar Nazirliyinin qarşısında yerləşən yerüstü piyada keçidindən, piyada keçidinin yanında yerləşən avtobus dayanacağına piyadaların istifadəsi üçün yol çəkilməsi təklif olunur.
Nəhayət, 3-cü və 7-ci mikrorayon ( Binəqədi RPİ - nin qarşısı ) dairələrində "Dairəvi hərəkət" nişanlarının qoyulması təklif olunur. Artıq bu təklif qismən icra olunub. Belə ki, 3-cü mikrorayon dairəsində "Dairəvi hərəkət" yol nişanları quraşdırılıb, 7-ci mikrorayon dairəsində isə hələ quraşdırılmayıb.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər