Nardaran qəsəbəsində küçələr yenidən qurulur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 14:06 | Şərh sayı: (0) | Baxılıb: 306
Nardaran qəsəbəsində küçələr yenidən qurulur
Azərbaycan prezidenti İlham Əliyevin Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial - mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə imzaladığı sərəncama əsasən, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən mərkəzi küçələrdə təmir-tikinti işlərinə başlanılıb.
"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri aparılır.
Yenidən qurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 poqonmetr səki daşı düzüləcək. 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Anoloji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Küçənin uzunluğu 780 metr, ortalama eni 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3,0 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1,0 metr enində səkilər tikiləcək, 1500 poqonmetr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işləri Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında "Azəryolservis" ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər