Nefti İŞİD "dirildəcək"? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 263
Nefti İŞİD "dirildəcək"?
Bloomberg agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə baş verə biləcək hadisələrin siyahısını dərc edib. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır.
Ixlas.Az musavat.com-a istinadən bildirir ki, bu cür ssenarinin İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin gərginləşəcəyi təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.
Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər