Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat vəsait ayırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 20:53 | Şərh sayı: (0) | Baxılıb: 490
Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat vəsait ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.
İxlas.az-ın APA-ya istinadla verdiyi məlumata görə, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.
Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər