Ankaradan çox sərt açıqlama: "Yetər artıq, səbrimiz tükəndi!" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 16:59 | Şərh sayı: (0) | Baxılıb: 253
Ankaradan çox sərt açıqlama: "Yetər artıq, səbrimiz tükəndi!"
"Rusiya ilə ikitərəfli münasibətlərdə Ankaranın səbri artıq sona çatır. Rusiyanın "Smetlivıy" hərbi gəmisi və bizim kiçik balıqçı gəmimiz arasındakı insident təəssüf doğurur. Sadəcə, kiçik balıqçı gəmisi idi və Rusiya gəmisinin reaksiyası ifrat idi. Şübhəsiz ki, Rusiya və Türkiyə qarşılıqlı etimad əsasındakı münasibətləri bərpa etməlidirlər. Həmişə belə münasibətlərimiz olub. Lakin səbrimiz artıq tükənir".
Milli.Az Reuters-ə istinadən bildirir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib.
Onun sözlərinə görə, Ankaranın Rusiyanın Su-24 bombardmançısını İŞİD-dən aldığı nefti qorumaq üçün vurması barədə Moskva açıqlamalar verərək özünü axmaq vəziyyətə salır.
"Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatının məqsədi terrorla mübarizə deyil. Çünki Rusiya təyyarələrinin Suriyadakı zərbələrinin sadəcə, 8 faizi İŞİD-in mövqeləridir. Yalnız münaqişə zonasına hərbi kontingent yeritməklə terrorçulara qalib gəlmək olar", - M.Çavuşoğlu söyləyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər