Rusiyadan təhlükəli qərar: sərhədə qoşun yığılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-12-2015, 14:31 | Şərh sayı: (0) | Baxılıb: 265
Rusiyadan təhlükəli qərar: sərhədə qoşun yığılır
Rusiya Ermənistanın Türkiyə ilə sərhədinə hərbi birləşmələr toplamağa başlayıb.
Milli.Az ermənilərin ərəb dilindəki khabararmani.com saytına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı qərarı imzalayıb.
Ermənistanın Türkiyə ilə sərhədi boyunca rusiyalı hərbçilərin yerləşdirilməsinə ən yaxın vaxtlarda başlanacaq.
Sərhədə Rusiyanın 58-ci ordusundan 7 min hərbçi toplaşacaq. Onlar hava hücumundan müdafiə, reaktiv artilleriya, raketlər və tanklarla təchiz olunacaqlar.
Ermənistan-Rusiya sərhədi boyunca yerləşdiriləcək hərbi kontingentin qərargahı ilə Suriyanın Hmeymim şəhərindəki aviabazaya yerləşdirilmiş Rusiya hərbçilərinin qərargahı arasında birbaşa, fövqəladə əlaqə kanalı yaradılacaq.
Rusiya bu minvalla Türkiyə səmasının 85 faizinə S-400 "Triumf" tipli zenit-raket kompleksi ilə nəzarət etmək niyyətindədir.
Ermənistan-Türkiyə sərhədinə rus hərbçilərinin yerləşdirilməsinə "Ermənistanın Türkiyədən gələ biləcək təhdiddən qorunmaq üçün Moskvaya müraciətindən sonra" qərar verildiyi bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər