MTRŞ: "Aparıcıları dəyişin" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 12:16 | Şərh sayı: (0) | Baxılıb: 349
MTRŞ: "Aparıcıları dəyişin"
"Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib".
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.
O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.
MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: "Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər