Bayraqdan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 282
Bayraqdan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə sərt cəzalar müəyyənləşdirilir.
APA-nın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 583-cü maddəsinə görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manata qədər cərimələnəcəklər.
Hazırkı cərimələr isə vəzifəli şəxslər üçün 30 manatdan 40 manata qədər, hüquqi şəxslər üçün isə 70 manatdan 90 manata qədərdir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər