"Günəşli" faciəsinin SƏBƏBİ - AÇIQLAMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:37 | Şərh sayı: (0) | Baxılıb: 317
"Günəşli" faciəsinin SƏBƏBİ - AÇIQLAMA
"Dekabrın 4-də "SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən hadisəyə əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması səbəb olmayıb".
APA-nın məlumatına görə, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinq zamanı deyib.
20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən BP-nin təcrübəsində belə halın baş verməməsinin səbəbi kimi bu şirkətin infrastrukturunun SOCAR-ın platformalarındakı infrastrukturdan möhkəm olması ilə bağlı sosial şəbəkələrdəki rəylərə münasibət bildirən baş mühəndis deyib ki, BP təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində çalışır: "BP və onun təhlükəsizlik qaydaları ilə əlaqədar elə hadisələr baş verib ki, bu şirkət milyardlarla dollar itirib. Hətta insan tələfatı da olub. Bəli, təsdiqləyirəm ki, Azərbaycanda olmayıb. "Günəşli"dəki hadisə əməyin mühafizəsi qaydalarının, təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar baş verməyib. Mən bir neçə gün ərazində aparılmış araşdırmaların ilkin nəticələri haqqında danışdım. Söhbət həddən artıq yüksək sürətli küləyin olmasında gedir".
Baş mühəndis deyib ki, SOCAR əməyin təhlükəsizliyi ilə bağlı davamlı tədbirlər görür. Ümumilikdə SOCAR-da təhlükəsizliklə əlaqədar, əməyin mühafizəsi ilə əlaqədar görülən işlər davamlı bir prosesdir. Yəni, bu iş dünən də görülürdü, bu gün də görülür və sabah da mütləq görülməlidir. Əgər görülməsə, siz özünüz illərə nəzər yetirsəniz, 5, 10, 15 il bundan qabaq vəziyyətlə siz nə qədər inkişaf olduğunu öz gözlərinizlə görə bilərsiniz. Təkmilləşdirməyə həmişə ehtiyac var".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər