"Verilişlərdə gizli reklam gedir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 13:46 | Şərh sayı: (0) | Baxılıb: 372
"Verilişlərdə gizli reklam gedir"
"Bəzi özəl kanallarda yayımlanan verilişlərin böyük əksəriyyəti şou-bizneslə birbaşa və dolayısı ilə bağlıdır".
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, ümumilikdə telekanallarda Televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə riayət olunması hallarında irəliləyiş müşahidə olunsa da, bir çox özəl kanallarda şou-biznes nümayəndələrinə meyllilik, verilişlərin əsasən şou-biznes nümayəndələrinin iştirakı ilə hazırlanması, onların müəyyən mənada gizli reklamını özündə əks etdirən məqamlar olan verilişlərin sayı az deyil: "Biz istəməzdik ki, yayımçılar əvvəlki kimi şou-biznes nümayəndələrindən müəyyən qədər asılılıq nümayiş etdirsinlər. Amma təəssüf ki, bu hallar var".
Şöbə müdiri qeyd edib ki, bununla bağlı verilişlərin təhlili aparılır və arayış hazırlanacaq: "Əlbəttə ki, konkret olaraq inzibati tənbeh tədbirləri görmək niyyətində deyilik. Amma Şura tərəfindən tövsiyələr veriləcək ki, yayımçılar bu hallardan qaçsınlar".
T. Dadaşov onu da qeyd edib ki, yeni açılan bəzi verilişlərdə şou-biznes nümayəndələrinə aparıcılıq həvalə olunması da narahatlıq doğurur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər