YAP-dan Nardaran hadisələrinə REAKSİYA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 362
YAP-dan Nardaran hadisələrinə REAKSİYA
Heç bir halda dövlətə qarşı silahla mübarizə aparmaq olmaz. Həmçinin özünü qanundan və hüquqdan da üstün tutmaq düzgün deyil.
Ixlas.Az xəbər verir ki, bu sözləri aznews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, qanundan kənar silahlı dəstənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz:
"Bu gün zorla hakimiyyəti devirməyə çalışan bir təşkilat üzüvlərinə qarşı əməliyyat aparılıb. Onlar saxlanılarkən polisə atəş açıblar. Bu zaman onlardan 4 nəfər, polisdən isə 2 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfər yaralanıb. Ümumiyyətlə, qanundan kənar silahlı dəsətənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz. Hər bir kəs qanun qarşısında bərabərdir. Eyni zamanda qanunun tələblərini yerinə yetirməyə borcludur".
Aydın Mirzəzadə qeyd edib ki, hüquq mühafizə orqanlarına qarşı müqavimət göstərilməsi, əllərində olan silahla onlara atəş açılması göstərir ki, orada, doğrudan da, qeyri-qanuni bir dəstə yaradılıb: "Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq bu işdə günahkar olanları cəzalandıracaq. Eyni zamanda məsələ ilə bağlı cəmiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, bu gün Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı insident baş verib. Nardarandakı atışma zamanı ikisi polis olmaqla 6 nəfər ölüb, 14 nəfər isə saxlanılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər